Komitə sədri Anar Quliyev (@_anar_guliyev) 26 aprel 2024-cü il tarixində #Quba, #Qusar, #Xaçmaz və #Şabran rayon sakinlərini qəbul edəcək. Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Qusar #şəhər’i, Heydər Əliyev prospekti 134 (Heydər Əliyev Mərkəzi) ünvanında baş tutacaq. Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər. Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür. #VətəndaşQəbulu